Sərhədləri aşan bayram ruhu: Stavrapoldan Azərbaycan ismarışı
Rusiyanın Stavrapol diyarında fəaliyyət göstərən Azərbaycan Milli Mədəniyyət mərkəzi “Odlar Yurdu” cəmiyyəti üzvləri 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib.
GunAz.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Milli Mədəniyyət mərkəzi “Odlar yurdu” cəmiyyətinin prezidenti Fəxrəddin Yarıyev Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərləri, qədim tarixi, mədəniyyəti və tolerantlıq ənənələri haqqında iştirakçılara məlumat verib. 15 iyun- Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olmaqla, dövlətçilik tariximizin ən mühüm səhifələrindən biridir. Qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni siyasi böhrandan, vətəndaş qarşıdurmasından və parçalanma təhlükəsindən xilas edərək sabitliyin və inkişafın əsasını qoyub. Vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasəti uğurla davam etdirilir, Azərbaycan beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirir, güclü və müasir dövlət kimi inkişaf edir.
Vurğulanıb ki, xaricdə yaşayan azərbaycanlılar da milli birliyin qorunması, dövlətçilik dəyərlərinin təbliği və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm missiya daşıyırlar. Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları, o cümlədən “Odlar Yurdu” Azərbaycan Milli-Mədəni Cəmiyyəti milli-mənəvi dəyərlərimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.
Sonda tədbir iştirakçıları 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, dövlətimizin daha da qüdrətlənməsi, xalqımızın rifahı və ölkəmizin davamlı inkişafı naminə xoş arzularını ifadə ediblər.
Əli Yarıyev
Azərbaycan Milli Mədəniyyət mərkəzi “Odlar Yurdu” cəmiyyətinin üzvü
