Qubada sel avtomobil yolunu yararsız hala salıb
Quba rayonunda yağan intensiv yağışlar nəticəsində sel Aydınkənd kəndinin infrastrukturuna, eləcə də yaşayış evlərinə və yardımçı tikililərə ziyan vurub.
GunAz.az məlumatına görə, sel kəndi rayon mərkəzi ilə birləşdirən avtomobil yolunu yararsız hala salıb, nəqliyyat əlaqəsi kəsilib.
Problemlərin aradan qaldırılması üçün tədbirlər görülür.
