Deputat Səbinə Xasayeva seçicilərlə görüş keçirdi

Deputat Səbinə Xasayeva seçicilərlə görüş keçirdi
Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonunun 28 May qəsəbəsində seçicilərlə növbəti görüşünü keçirib.
28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında təşkil olunan görüşdə vətəndaşların müraciət və təklifləri dinlənilib. Seçiciləri maraqlandıran sosial, məişət və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Görüş zamanı qaldırılan məsələlərin bir hissəsi qanunvericiliyin tələblərinə uyğun olaraq yerindəcə öz həllini tapıb. Araşdırılması və əlavə tədbirlər görülməsi tələb olunan müraciətlər isə aidiyyəti dövlət qurumlarına yönləndirilib.
Deputat Səbinə Xasayeva vətəndaşların problemlərinin həlli istiqamətində müvafiq addımların atılacağını bildirib, seçicilərlə mütəmadi görüşlərin keçirilməsinin onların qayğı və təkliflərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Araz Şiralıyev də iştirak edib.

скачать dle 12.1
Geri qayıt