Bu gün hava necə olacaq
Mayın 25-də Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən GunAz.az-a verilən məlumatda qeyd olunub.
Paytaxtın bəzi ərazilərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Səhər saatlarından etibarən cənub-şərq küləyini mülayim şimal-qərb küləyi əvəz edəcək. Yarımadada temperatur gündüz 24 dərəcəyədək yüksələcək.
Bölgələrdə isə hava daha qeyri-sabit keçəcək. Rayonlarda şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Havanın maksimal temperaturu aran rayonlarında 28, dağlarda isə 23 dərəcə isti təşkil edəcək. Səhər saatlarında duman müşahidə olunacağı üçün sürücülərə yollarda ehtiyatlı olmaq tövsiyə edilir.
