Seçici müraciətləri diqqət mərkəzində

Seçici müraciətləri diqqət mərkəzində

Milli Məclisin deputatı Səbinə Xasayeva Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının inzibati binasında Lökbatan qəsəbəsinin sakinləri ilə növbəti görüşünü keçirib. Görüşdə rayon sakinləri, ağsaqqallar və ictimai fəallar iştirak ediblər.

Deputat görüş zamanı vətəndaşların müraciətlərini dinləyərək onları narahat edən sosial məsələlər, məşğulluq, kommunal xidmətlər və digər problemlərlə bağlı fikir mübadiləsi aparıb. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə uyğun olaraq yerindəcə öz həllini tapıb, digər müraciətlər isə aidiyyəti dövlət qurumlarına yönləndirilməsi üçün qeydə alınıb.

Səbinə Xasayeva vətəndaş müraciətlərinin daim diqqət mərkəzində saxlanıldığını bildirərək seçicilərlə mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Deputat qeyd edib ki, sakinlərin problemlərinin operativ şəkildə həlli istiqamətində müvafiq addımlar atılır və qaldırılan hər bir məsələ nəzarətdə saxlanılır.

Görüş sakinlərin təşəkkürü və qarşılıqlı fikir mübadiləsi şəraitində başa çatıb.

Bilman İSAQ

скачать dle 12.1
Geri qayıt