Yeni Klinika və Kliniki Tibbi Mərkəzə direktorlar təyin olundu
Kliniki Tibbi Mərkəzə vəYeni Klinikaya yeni direktorlar təyin edilib.
GunAz.az xəbər verir ki, bu vəzifələrə Kliniki Tibbi Mərkəzində Musa Abbasov, Yeni Klinikada isə Zəhra Vəzirova gətirilib.
Bununla bağlı müvafiq Əmri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Anar Bayramov imzalayıb.
Musa Abbasov bu gündən vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, o, 2020-ci ildən bu təyinata qədər Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsində çalışıb.
Zəhra Vəzirova isə bu vəzifəyə kimi İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında rektor müavini vəzifəsində çalışıb. O, eyni zamanda Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədridir.
Qeyd edək ki, TƏBİB-də aparılan sonuncu islatlar zamanı KTM-in direktoru Könül Ələkbərov və Yeni Klinikanın direktoru Barat Yusubov vəzifəsindən azad edilib.
