Sabah Sumqayıtda su olmayacaq

Sabah Sumqayıtda su olmayacaq
Sabah Sumqayıta içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Sumqayıt şəhərində istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş magistral su xətti şəbəkəyə birləşdiriləcək.
Bununla əlaqədar aprelin 12-də saat 08:00-dan etibarən gün ərzində Sumqayıt şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.(Publika.az)

GUNAZ.az


скачать dle 12.1
Geri qayıt