Bu xidmət mayın 1-dən dayandırılır

Bu xidmət mayın 1-dən dayandırılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəqəmsal xidmətlər təqdim edən “e-Sosial” mobil tətbiqinin fəaliyyətini mayın 1-dən dayandıracaq.
GunAz.az xəbər verir ki, rəqəmsal dövlət xidmətlərinin vahid mərkəzləşdirilmiş sistemə keçirilməsi çərçivəsində Nazirliyin “e-Sosial” tətbiqi üzərindən təqdim etdiyi xidmətlər “mygov” platformasına inteqrasiya olunub.
 Xidmətlərin təkrarlanmasının qarşısını almaq və istifadəçilərə daha rahat, mərkəzləşdirilmiş xidmət təqdim etmək məqsədilə artıq bütün xidmətlər vahid platforma – “mygov” üzərindən göstəriləcək. Bu səbəbdən “e-Sosial” mobil tətbiqinin fəaliyyəti dayandırılır. Pravda.az
скачать dle 12.1
Geri qayıt