Yasamaldakı ağır qəza: Yaralıların son vəziyyəti məlum oldu

Yasamaldakı ağır qəza: Yaralıların son vəziyyəti məlum oldu
Ötən gün paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda baş verən ağır yol-nəqliyyat hadisəsi  zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
GunAz.az xəbər verir ki, bu haqda  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aprelin 21-də saat 11:50-də iki nəfər (bir kişi, bir qadın) yol-nəqliyyat hadisəsi səbəbi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.
"1972-ci il təvəllüdlü şəxs (kişi) üzərində cərrahi əməliyyat icra olunub. Hazırda koma vəziyyətindədir, süni tənəffüs aparatına qoşulub.
Digər yaralılar, 1972 və 2004-cü il təvəllüdlü şəxslərin də müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, hadisə "Toyota" markalı minik avtomobilinin hərəkətdə olan "KamAZ"a çırpılması nəticəsində baş verib.
FHN-nin xilasediciləri tərəfindən deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə müxtəlif dərəcəli bədən xəsarətləri almış üç nəfər nəqliyyat vasitəsindən çıxarılsa da, onlardan həyatını itirmiş birinin meyiti aidiyyəti üzrə təhvil verilib.
Həyatını itirən şəxs Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin müəlliməsi İlhamə Kamranova olub.
скачать dle 12.1
Geri qayıt