Vətən müharibəsi iştirakçısına yüksək vəzifə

Vətən müharibəsi iştirakçısına yüksək vəzifə

Binəqədi Tibb Mərkəzinin İnformasiya texnologiyaları şöbəsinə müdir təyin olunub.

GunAz.az xəbər verir kibu vəzifəyə Vətən müharibəsi iştirakçısı, 29 yaşlı Rəşadət Yusifli gətirilib.
O bundan əvvəl Sumqayıt Tibb Mərkəzində eyni adlı şöbənin müdiri kimi fəaliyyət göstərib.
Qeyd edək ki, R.Yusifli 2020-ci ilin sentyabr ayında könüllü olaraq Vətən müharibəsinə qatılıb və Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
O, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.(Unikal.az)

скачать dle 12.1
Geri qayıt