Bakı Peşə Hazırlığı Mərkəzinə yeni təyinat
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin (DMA) Bakı Peşə Hazırlığı Mərkəzinə yeni direktor müavini təyin edilib.
GunAz.az xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Qurban Nəzirov Mərkəzin direktor müavini vəzifəsinə təsdiqlənib.
Qeyd edək ki, Q.Nəzirov bundan əvvəl Agentliyin Mərkəzi Monitorinq və Qiymətlənditmə filialının müdir müavini vəzifəsində çalışıb. (OXU.az)
