Bakıda taksilər qiyməti kəskin qaldırdı.
Yağışlı hava Bakıda taksi qiymətlərinin kəskin qalxmasına səbəb olub.GunAz.az xəbər verir ki, bahalaşma bütün taksi şirkətlərinə aiddir.
Əvvəlki günlərdə 3-4 manata gedilən yolun ödənişi hazırda 12-15 manat arasında dəyişir.
Paytaxtın kənar ərazilərinə gedişhaqqı isə 35-40 manatdır.
Eyni zamanda, takisi tapmaq çətinləşib. Sürücülər çağırış ünvanına 8-10 dəqiqəyə gəlirlər.
Taksi fəaliyyəti ilə məşğul olan şirkətlər bahalaşma ilə bağlı heç bir məlumat yaymayıb.
