Azərbaycandan İrana 200 tonluq qida və tibbi ləvazimatlar göndərildi

Azərbaycandan İrana 200 tonluq qida və tibbi ləvazimatlar göndərildi
Prezident İlham Əliyevin tapşırığına əsasən İrana növbəti humanitar yardım yola salınıb.
GunAz.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət departamentinin direktoru Emin Həsənzadə deyib.
"10 maşından ibarət 200 tonluq yardım karvanına müxtəlif qida məhsulları, dərman preparatları və tibbi ləvazimatlar daxildir. Bu, artıq üçüncü karvandır ki, Azərbaycandan İrana göndərilir," - deyə o, əlavə edib.Teleqraf
скачать dle 12.1
Geri qayıt