Dəbdəbəli məzar daşları dövrü tarixə qovuşur- VİDEO

Artıq sexlərə sadə baş daşları sifariş edilir
Mərmərdən hazırlanan, dəbdəbəli və bahalı qəbir daşları dövrü keçmişdə qalır.
Hazırda insanlar ölən yaxınları üçün adi baş daşlarını seçirlər.
Məzar daşı sexlərindən bildirirlər ki, son vaxtlarda dəbdəbəli məzar daşları sifarişi kəskin azalıb.
İnsanlar artıq belə dəbdəbəli baş daşlarının adi məzar daşlarından fərqi olmadığını başa düşür.
Adi baş daşları ilə dəbdəbəli məzar daşlarının qiymətinə görə də məntiqli olan adisini sıfariş verməkdir.
Bu işlə məşğul olanlar deyirlər ki, dəbdəbəli məzar daşlarının sifarişinin azalması baş daşı sexlərinin qazanclarını aşağı salıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: