Mehdiabadda dərs dayandırıldı - Şagirdlər köçürülür
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında aparılan texniki baxış zamanı divarlarda çatların yarandığı müəyyən edilib.GunAz.az xəbər verir ki, bu barədə MÜTDA-dan məlumat yayıb.
Baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, məktəb binasının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlərin görülməsi barədə göstəriş verilib.
"Aprelin 1-dən etibarən təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.Tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə şagirdlərin yaxınlıqda yerləşən digər ümumi təhsil müəssisələrinə yönləndirilməsi və dərs prosesinə cəlb olunması həyata keçirilir.
Hazırda Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən aidiyyəti qurumlarla birgə yaranmış vəziyyətin səbəblərinin araşdırılması və zəruri təmir-bərpa işlərinin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, proses nəzarətdə saxlanılır. Görülən işlər barədə ictimaiyyətə əlavə məlumat ictimaiyyətə təqdim olunacaq", - məlumatda qeyd olunub.
