Sabunçuda Şəhid ailələri və Qazilərə bayram sovqatı paylandı
Sabunçuda şəhid ailələri və qazilərə bayram sovqatı paylanıb.
22 mart 2026-cı il tarixində "Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Sabunçu rayon filialı tərəfindən xeyirxah aksiya davam edir.
Filialın sədri Çingiz Tağıyev, müavini Xalidə Cəfərova və İkinci Zabrat və Məhəmmədli nümayəndəliyinin sədri Səməd Səmədovun təşkilatçılığı ilə bir qrup şəhid ailəsinə və qazilərə bayram sovqatı təqdim olunub.
Aksiya çərçivəsində iştirakçılar ailələri ziyarət edərək onları bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar. Bildirilib ki, şəhid ailələri və qazilər hər zaman diqqət və qayğı ilə əhatə olunmalı, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində bu cür təşəbbüslər davamlı xarakter almalıdır.
Qeyd edək ki, həyata keçirilən bu aksiya həmrəyliyin, milli birlik və vətənpərvərlik dəyərlərinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Rəsmiyyə HEYBƏTAĞAQIZI
