Şəhid ailələri və qazilərə bayram sovqatı

Şəhid ailələri və qazilərə bayram sovqatı

Şəhid ailələri və Qarabağ əlillərinə bayram sovqatı paylanılıb

Azərbaycan cəmiyyətində şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı hər zaman xüsusi önəm daşıyır. Bu istiqamətdə həyata keçirilən sosial təşəbbüslərdən biri də Sabunçu rayonunda baş tutub.

“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Sabunçu rayon filialının sədri Tağıyev Çingiz, filial sədrinin müavinləri İskəndərov Arif və Cəfərova Xalidə müqəddəs Ramazan bayramı və milli-mənəvi dəyərlərimizi özündə birləşdirən Novruz bayramı münasibətilə bir sıra şəhid ailələrini və Qarabağ əlillərini ziyarət ediblər.

Ziyarət çərçivəsində ehtiyacı olan ailələrə bayram sovqatları təqdim olunub, onların qayğı və problemləri ilə yaxından maraqlanılıb. Təşkilat nümayəndələri bildiriblər ki, bu cür aksiyaların keçirilməsi yalnız bayram günləri ilə məhdudlaşmır, şəhid ailələri və qazilərlə davamlı əlaqə saxlanılır və onlara dəstək göstərilir.

Qeyd olunub ki, xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələri və sağlamlığını itirmiş qazilər hər zaman diqqət mərkəzində saxlanmalıdır. Bu, həm dövlətin, həm də cəmiyyətin mənəvi borcudur.

Sonda təşkilat tərəfindən bütün Azərbaycan xalqı Ramazan və Novruz bayramları münasibətilə təbrik olunub, hər kəsə can sağlığı, firavanlıq və əmin-amanlıq arzulanıb.

Rəsmiyyə HEYBƏTAĞAQIZI


скачать dle 12.1
Geri qayıt