Heydər Əliyev dönəmində QADININ CƏMİYYƏTDƏ YÜKSƏLİŞİ
Qadın məsələsi hər bir cəmiyyətin inkişaf səviyyəsini müəyyən edən əsas göstəricilərdən biridir. Tarixin bütün mərhələlərində qadına verilən dəyər, onun hüquqi və ictimai mövqeyi dövlətin siyasi mədəniyyətinin aynası olmuşdur. Azərbaycan dövlətçilik tarixində qadın siyasətini ardıcıl, məqsədyönlü və sistemli şəkildə həyata keçirən böyük siyasi lider kimi Ulu Öndər Heydər Əliyevin adı xüsusi yer tutur.Heydər Əliyev qadın probleminə dar sosial çərçivədə deyil, milli inkişaf strategiyasının ayrılmaz hissəsi kimi yanaşmışdır. Onun siyasi fəaliyyətində qadın amili təsadüfi deyil, dərin düşünülmüş və uzaqgörən dövlətçilik baxışlarının təzahürü idi. Bu baxımdan Heydər Əliyevin qadın siyasəti yalnız bir dövrün deyil, uzunmüddətli milli inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Ümummilli Liderimiz Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə qadın siyasətinin təməl prinsiplərini müəyyən etmiş, onların cəmiyyətdə daha fəal mövqe tutmaları üçün əlindən gələni etmişdir. "Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin formalaşmasında müstəsna rol oynamışdır" - deyən Ulu Öndərin ardıcıl fəaliyyəti və dəstəyi nəticəsində ölkədə qadın hərəkatı güclənmiş, Azərbaycan qadınının həyatın bütün sahələrində özünü təsdiqləməsinə lazımi şərait yaradılmış, ən ləyaqətli, ən bacarıqlı qadınlarımız müxtəlif yüksək vəzifələrə irəli çəkilərək vətənimizin inkişafına öz töhfələrini vermişlər. Ulu öndər Heydər Əliyevin imzaladığı "Azərbaycan qadınlarının rolunun artırılması haqqında" 14 yanvar 1998-ci il tarixli Sərancamı və "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" 6 mart 2000-ci il tarixli Fərmanı kişilər və qadınlar arasında bərabərliyin, xüsusilə qadınları dövlət idarəçiliyinin müxtəlif səviyyələrində təmsil olunmasının təmin edilməsi, gender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması məqsədlərinə xidmət edən önəmli addımlar olmuşdur.
Ulu öndər Heydər Əliyevin qadın siyasətinə verdiyi yüksək dəyər onun 1995-ci il 8 mart tarixində Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən təntənəli bayram mərasimindəki çıxışında da aydın şəkildə öz əksini tapmışdır. Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən bu təntənəli mərasimdə Heydər Əliyevin səsləndirdiyi fikirlər onun qadın siyasətinin mahiyyətini aydın şəkildə ifadə edir.Ulu Öndər həmin çıxışında qeyd edirdi:
Əziz qadınlar, əziz bacılar!
Sizin hamınızı bugünkü bayram münasibətilə səmimi qəlbdən təbrik edirəm. hamınıza cansağlığı, xoşbəxtlik və bütün arzularınızın həyata keçməsini diləyirəm.
Mən uzun illərin fasiləsindən sonra burada qadınlar bayramında iştirak edirəm. İndi mən həyəcan içərisindəyəm. Çünki burada, bu kiçik salonda Azərbaycanın görkəmli xanımlarını görürəm. Mən onları görməkdən çox məmnunam. Biz uzun illər bir yerdə çalışmışıq, işləmişik, əlaqələrimiz və münasibətimiz olubdur. Mən indi burada, xalqımızın bu ağır, çətin dövründə qadınları yenə də bayram əhval-ruhiyyəsində görəndə çox sevinirəm.
Bu gün biz burada gözəl konsertə baxdıq. Bizim incəsənətimiz zəngindir, - bunu bütün dünya bilir. Biz də bilirik. Ancaq bəzən biz özümüzün qədrini bilmirik, nəyə qadir olduğumuzu dərk edə bilmirik. Burada çıxış edənlərin bəziləri gənclərdir. Biz səhnədə eyni zamanda incəsənət ustalarımızı, sönməyən ulduzlarımızı, Azərbaycan mədəniyyətini uzun illər yaşadanları, inkişaf etdirənləri gördük. Bu salonda onların bir çoxu əyləşibdir. XX əsrin tarixini - keçmişi, bu günü və gələcəyi burada bu salonda əyləşənlərin timsalında, həyat və yaradıcılıq yolunda görürük. Bu,böyük xoşbəxtlikdir.
Bu gün bir daha görürəm ki, Azərbaycan qadınları xalqımızın adət- ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlara hörmət, qadınlara təşəkkür, qadınlara cansağlığı! Mən bu gün sizinlə bir yerdə olduğuma görə çox sevinirəm. Bir daha sizi təbrik edirəm, cansağlığı və xoşbəxtlik arzulayıram!
Heydər Əliyevin qadın siyasəti Azərbaycan dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Bu siyasət qadını sosial müdafiə obyektindən dövlət quruculuğunun fəal iştirakçısına çevirmişdir. Ulu Öndərin qadın məsələsinə yanaşması milli inkişaf strategiyasının humanist və demokratik mahiyyətini açıq şəkildə nümayiş etdirir.
Heydər Əliyev qadına verilən dəyərin əslində dövlətin gələcəyinə verilən dəyər olduğunu sübut etmişdir. Onun müəyyən etdiyi qadın siyasəti bu gün də aktualdır və müasir Azərbaycanın davamlı inkişafında mühüm rol oynamaqdır. Milli müstəqillik və
dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər. Azərbaycan qadınları bu gün həm siyasi, həm iqtisadi çətinliklər dövründə cəmiyyətin həyatında çox fəal rol oynayaraq övladlarının sabahı uğrunda
səylə çalışırlar. Onların geniş fəaliyyəti üçün ölkədə hər cür şərait mövcuddur. Bu gün Heydər Əliyev siyasətini ləyaqətlə davam etdirən Prezident İlham Əliyev ölkənin ictimai-siyasi həyatında qadın nümayəndəliklərinin genişlənməsinə çox böyük diqqət yetirir. Prezident İlham Əliyevin sərəncamları ilə müxtəlif sahələrdə fərqlənmiş bir çox qadınlar yüksək mükafat və fəxri adlara layiq görülüblər. Qadınların ictimai-siyasi həyata daha çox cəlb olunması, uşaqların hüquqlarının təmin edilməsi və onlar üçün zəruri şəraitin yaradılması üçün ciddi işlər görülür.
Ülkər ABDULLAYEVA

Göyçay rayon Heydər Əliyev Mərkəzinin
Elmi işçisi
Elmi işçisi