FHN-dən zəlzələ ilə bağlı-Açıqlama

FHN-dən zəlzələ ilə bağlı-Açıqlama Fövqəladə Hallar Nazirliyi (FHN) Şamaxıda baş verən zəlzələ  ilə bağlı məlumat yayıb.
GünAz.az  xəbər verir ki, məlumatda deyilir:
“Respublika Seysmoloji Xidmət Mərkəzindən FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb. 
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb”.скачать dle 12.1
Geri qayıt