Azərbaycanda internetin sürəti uzun müddətdir müzakirə mövzusu olaraq qalır. Gündəmdə olan əsas məsələlərdən biri də, sürətlə müqayisədə internetin qiymətinin yüksək olmasıdır. İnternetin sürətinin zəif olduğu üçün insanlar ən azından qiymətin endirilməsini tələb edir.
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Gunaz.az-a açıqlamasında isə bildirir ki, dövlət provayderləri qiyməti salmazlarsa, özəllər də qiyməti salmayacaq:
"Bazarda internet provayderlərinin 50 %-i dövlət nəzarətindədir. Ona görə, birinci gərək dövlət provayderləri qiyməti salsın. Bu da bəzi qurumlardan asılıdır. Burada qiymətlərin özbaşına düşməsini gözləmirəm”.