DOSTLAR
İlana zəhər verən,
Deyir: “Kərtənkələdir.”
Dostunu gözdən salan,
Axtalanmış — kələdir.
Baxışda gülər üzü,
Arxanda qazar izi.
Nöqsanın desən üzə,
Şişər, qızarar gözü.
Hər dosta sən sirr demə,
Dostun da öz dostu var.
Hər yetənə “dost” demə,
Dostun da namərdi var.
Səni görüb gülsə də,
Ürəyi yanmaz oda.
Bir gün düşsən sən dara,
Çevrilər dərhal yada.
Səhvini desən üzə,
Dostun olar incik, kar.
Fikir vermə hər sözə,
Sən olarsan günahkar.
Nöqsanın üzə desən,
Dostun düşmən kəsilər.
Baxıb üzünə gülsən,
Gah büzülər, əzilər.
Söz var — içi qara, ağ,
Söz var — necə yandırar.
Çəkər sinənə bir dağ,
Dost da biganə qalar.
Dost seçmək də çətindir,
Bax, indiki zamanda.
Nankor səni tərk edər,
Allah, saxla amanda.
On, on beş dostum vardır,
Sözü bütöv, həm də mərd.
Mənim bu dostlarıma,
Yaxın gəlməz hər namərd.
Dost az olsun, düz olsun,
Namərdi yox, mərd olsun.
Nanıcibi yüz olsa,
Özlərinə dərd olsun?
Rauf İlyasoğlu ,
04.09.2025
