Şamaxı və Göyçayda heyvan satışı bazarları açıldı

Şamaxı və Göyçayda heyvan satışı bazarları açıldı Şamaxı və Göyçay rayonlarında yerləşən heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb.

GunAz.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizlik Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, AQTA tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən hər iki bazarın fəaliyyətə başlaması ilə bağlı qərar verilib. 
Bazarlarda sanitar-gigiyenik və baytarlıq tələblərinə uyğun şərait yaradılıb. 
Qeyd edək ki, daha əvvəl Bərdə, Salyan və Göygöl heyvan satışı bazarlarının fəaliyyətinə icazə verilmişdi.
Agentlik bildirir ki, bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir.
скачать dle 12.1
Geri qayıt