5 Dekabr Ulduz Falı: Şanslarınızı maksimum İSTİFADƏ EDİN

5 Dekabr Ulduz Falı: Şanslarınızı maksimum İSTİFADƏ EDİN

5 Dekabr Ulduz Falı: Günün Enerjisi və Proqnozları

5 dekabr enerjili, lakin diqqətli addımlar tələb edən bir gün vəd edir. Ulduzların mövqeyi bir çox bürc üçün həm işgüzar fəaliyyətlərdə uğur, həm də şəxsi münasibətlərdə səmimiyyət və anlayış tələb edəcək.

Gün ərzində maliyyə və şəxsi əlaqələrə xüsusi diqqət yetirməyiniz tövsiyə olunur.

Qoç (21 Mart – 20 Aprel)

Bu gün işgüzar sövdələşmələri yekunlaşdırmaq və yeni layihələrə başlamaq üçün əlverişlidir. Şanslarınızı maksimum istifadə edin. Lakin tələsik qərarlar verməyin. Hər hansı bir danışıqda qarşı tərəfi sona qədər dinləmək, uğurlu nəticənin əsasını qoyacaq. Şəxsi münasibətlərdə emosiyalarınızı cilovlamaq vacibdir.

Buğa (21 Aprel – 21 May)

Buğa bürcü üçün bu gün daha çox mənəvi dəyərlərə və şəfqətə diqqət ayırmaq vacibdir. Ətrafınızdakı insanlara qarşı mərhəmətli olun, xüsusən də sıx təmasda olduqlarınızla. Maliyyə vəziyyəti barədə narahat olmağa əsas yoxdur, sabitlik gözlənilir. Axşam saatlarında ailə ilə vaxt keçirmək sizə dinclik gətirəcək.

Əkizlər (22 May – 21 İyun)

Ünsiyyətlə bağlı məhsuldar bir gündür. Görüşlər, yazışmalar və vacib qərarlar üçün enerjiniz yüksəkdir. Yarımçıq qalmış işlərin həllini sürətləndirmək üçün kosmik durum sizin xeyrinizədir. Bütün ünsiyyətdə olduğunuz insanların hörmətini qazanmağa çalışın. Düşünülməmiş hərəkətlərdən və sözlərdən uzaq durun.

Xərçəng (22 İyun – 22 İyul)

Fəaliyyətdən daha çox qarşılıqlı münasibətlərə vaxt ayırmaq lazım gələcək. Əgər münasibətlərinizdə boşluqlar varsa, onları doldurmaq üçün tələsin. Savab işlər görmək və çətin vəziyyətdə olanlara yardım etmək mənəvi rahatlıq gətirəcək. Həftənin gərgin başlanğıcından sonra bu gün sabitlik tapa bilərsiniz.

Şir (23 İyul – 23 Avqust)

Fəaliyyətə qısa bir ara verib, fərqli zəmində iş aparmaq lazım gələ bilər. Bu gün sevgi və qohumluq əlaqələrinə xüsusi diqqət yetirin. Gün ərzində maraqlı tanışlıqlar gözlənilir. Düşünmədən danışmaqdan çəkinin, çünki yanlış anlaşılmalar ehtimalı yüksəkdir. Tələsik reaksiyalar verməyin.

Qız (24 Avqust – 23 Sentyabr)

Planlama və təhlil bacarığınız bu gün sizin üçün xüsusi rol oynayacaq. Həmkarlarınızla davranışları məcrasından çıxarmasanız, gün ərzində hansısa narahatçılıqla üzləşməyəcəksiniz. Pulla bağlı narahatçılığınız qismən səngiyəcək. Rutin, yorucu işlər sizi bezdirsə də, nəticə müsbət olacaq.

Tərəzi (24 Sentyabr – 23 Oktyabr)

Daxili səsiniz qətiyyətli olmağı tələb edirsə, yalnız irəli atılın. Şanslar özü gəlib sizi tapacaq. Yaşlı doğmalarınızın fikirlərinə hörmətlə yanaşın. Pul məsələlərində diqqətli olsanız, kiçik qazanc əldə edə bilərsiniz. Sevgidə isə anlayış və qarşılıqlı hörmət ön plandadır.

Əqrəb (24 Oktyabr – 22 Noyabr)

Günün ilk yarısı praktiki cəhətdən hər hansı yenilik gözlənilməsə də, günortadan sonra vəziyyətin tam fərqli olacağına inana bilərsiniz. Məhsuldar gündür. Bütün imkanlarınızı işə salın, mühüm işləri təxirə salmayın. Ürəyinizdəki şübhələri qovun və iradə göstərin.

Oxatan (23 Noyabr – 21 Dekabr)

Səyahət, təhsil və şəxsi inkişafla bağlı fürsətlər gündəmə gələ bilər. Daxili stresslərinizin çoxalması ətrafda olan hər şeyə narazılığınızı artıra bilər, lakin bu sizi pis sona aparacağı üçün genişürəkli olun. Dostlarla bir araya gəlmək ruhunuzu yüngülləşdirəcək. Sevgi münasibətlərində yeni addım atanlar müsbət cavab ala bilər.

Oğlaq (22 Dekabr – 20 Yanvar)

İşgüzar tərəfdaşlar və ya müttəfiqlərlə ünsiyyət qurmaq üçün əlverişli gündür. Faydalı bilik əldə etmək və yaxşı məsləhət almaq mümkündür. Məhəbbət amilinə yalnız söz kimi yanaşmayın, hisslərinizə dəyər verin. Uzaq olmayan ünvanlara qonaq getmək əhvalınızı yüksəldəcək.

Dolça (21 Yanvar – 18 Fevral)

Yaradıcılıq və yenilik istəyiniz güclənəcək. İşdə fərqli və orijinal fikirlərinizlə seçiləcəksiniz. Ulduzlar ötən günlərdə hamıdan çox yorulduğunuzu bəyan edir, bu səbəbdən istirahətə də vaxt ayırın. Əvvəlki ləngimələr indi sizə daha yaxşı düşündürəcək və doğru qərarlar verməyə kömək edəcək.

Balıqlar (19 Fevral – 20 Mart)

Bu həftə daha çox maddi məsələlər və praktiki işlərlə məşğul olacaqsınız. Sakit və düşünülmüş addımlar sizi uğura aparacaq. Münasibətlərdə qarşı tərəfin duyğularına daha çox diqqət yetirməyiniz harmoniya yaradacaq. Ailə ilə bağlı xoş bir xəbər ala bilərsiniz.

скачать dle 12.1
Geri qayıt