Köç karvanı Məmmədbəyli kəndinə çatdı

Köç karvanı Məmmədbəyli kəndinə çatdı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
GunAz.az xəbər verir ki, bu gün yola salınan növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb.
Bu mərhələdə Məmmədbəyli kəndinə 30 ailə - 144 nəfər köçürülüb.
Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
скачать dle 12.1
Geri qayıt