Həkim Vaqif Abdinovun əməyi yüksək qiymətləndirilib

Həkim Vaqif Abdinovun əməyi yüksək qiymətləndirilib

 Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33 illiyi münasibətilə Lerik rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində rayonun ictimai-siyasi həyatında fərqlənən ziyalılar və partiya fəalları mükafatlandırılıb.

YAP Lerik rayon təşkilatında baş tutan təltifetmə mərasimində rayonun tanınmış tibb işçisi, uzun illərdir Lerik rayonunda dəri-zöhrəvi həkimi kimi fəaliyyət göstərən Abdinov Vaqif Sultan oğlu da YAP sədri Malik Mirzəyev tərəfindən xüsusi diqqət mərkəzində olub.

Vaqif Həkim Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə və rayonun ictimai-siyasi həyatında göstərdiyi səmərəli fəaliyyətinə, eləcə də səhiyyə sahəsindəki xidmətlərinə görə YAP Lerik rayon təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edilib.

Tədbirdə qeyd olunub ki, V. Abdinov peşəkar həkimlik fəaliyyəti ilə yanaşı, həm də dövlətçilik ənənələrinə sadiqliyi və partiya sıralarındakı aktivliyi ilə rayon ictimaiyyəti arasında böyük hörmət qazanıb. Təltifetmə mərasimində ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Vaqif Abdinov öz növbəsində göstərilən diqqət və qayğıya görə partiya rəhbərliyinə təşəkkürünü bildirib, bundan sonra da rayon sakinlərinə sədaqətlə xidmət edəcəyini vurğulayıb.

lhamə ABADOVA

скачать dle 12.1
Geri qayıt