Şadlıq evində qonaqlara dana əti adı ilə camış əti verilib VİDEO

Şadlıq evində qonaqlara dana əti adı ilə camış əti verilib VİDEO
Bakıda fəaliyyət göstərən şadlıq evində qonaqlara dana əti adı ilə camış əti verilib.
GunAz.az-ın məlumatına görə, söhbət Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Aqat" şadlıq sarayından gedir.
AQTA tərəfindən restoranda plandankənar yoxlama keçirilib. Nəticədə məlum olub ki, qonaqlara dana əti adı ilə camış əti verilib.
Məsələ ilə bağlı restoran işçilərindən məlumat almağa çalışsaq da, bu mümkün olmadı.
AQTA-dan "Xəzər Xəbər"ə bildirildi ki, camış əti qida riski yaratmır, lakin bu hal istehlakçıların aldadılaraq hüquqlarının kobud şəkildə pozulmasına səbəb olub.
Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, müəssisədə hazırlanan yeməklərdən nümunələr götürülərək, laboratoriyaya təqdim edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  
скачать dle 12.1
Geri qayıt