Həbs edilən 4 İran vətəndaşı İRANA TƏHVİL VERİLDİ

Həbs edilən 4 İran vətəndaşı İRANA TƏHVİL VERİLDİ
Azərbaycanda həbsdə saxlanılan 4 İran vətəndaşı ölkələrinə ekstradisiya olunub.
GunAz.az xəbər verir ki, bu barədə İranın insan hüquqları və beynəlxalq münasibətlər nazirinin köməkçisi Asker Celalian “Mehr” agentliyinə açıqlamasında deyib.
O bildirib ki, İrana aparılan məhbuslar Gilan əyalətindəki cəzaçəkmə müəssisəsinə yerləşdiriliblər.
İran rəsmisinin sözlərinə görə, Azərbaycanla ölkəsi arasında məhbus mübadiləsi 3 il idi ki, siyasi gərginlik səbəbindən baş tutmurdu və uzun müddətdən sonra bu proseslər aktivləşdirilib.
скачать dle 12.1
Geri qayıt