27 Sentyabr – Səssizliyin Səsi
Hər Sentyabrın 27-si, təqvimlər susur, amma ruhumuz danışır. Bu gün sanki zaman öz nəfəsini kəsir – küçələrdə adi həyat davam etsə də, ürəklərə bir sükut çökür. Bu sükutun içində isə güclü bir fısıltı eşidilir: igidlərin ayaq səsləri, anaların ürək döyüntüsü, Vətənin oyanış nəfəsi. Səhərin ilk işığında sadəcə gün doğmur, həm də milyonların taleyi yeni bir səhifəyə çevrilir. Hər evdə başqa bir gözləmə, hər ürəkdə başqa bir dua vardı. Döyüş cəbhədə başladı, amma onun titrəyişi ən uzaqdakı evlərin divarlarına belə toxundu. 27 Sentyabrda sadəcə torpaqların azadlığı uğrunda yox, həm də hər birimizin illərlə yaralı qalan qürurunun bərpası uğrunda mübarizə başladı. Həmin anlardan bəri hər kəsin yaddaşında bir iz qaldı – birində məktub, birində şəkil, birində sonuncu baxış… və bu izlər bizə qəhrəmanların kimliyini sözsüz danışır.
Bu sözsüz dilin ən təsirli səslərindən biri bir əsgərin son mesajında donub qalır: “Məni gözləyin, tez qayıdacam…” Amma o qayıdış fiziki deyildi. Onun ruhu bayrağa, torpağa, daşların üzərinə qayıtdı. O mesajı oxuyan ana, qardaş, sevgili isə anlayırdı ki, bu sözlər əbədiyyətin sorağıdır. Bəzən qəhrəmanın izi bir əşyanın içində gizlənir – bir qol saatında, tər qoxusu sinmiş dəsmalda, yarımçıq içilmiş çay stəkanında. Həyat davam edir, amma o əşyalar yarımçıq qalan şəxsi həyatın, vaxtından əvvəl donan fərdi arzuların şahidinə çevrilir: gəlinlik görməyən ana xəyalı, yarımçıq qalan bir evin planı. Bu kiçik, şəxsi arzular öz sahibləri ilə birlikdə əbədiyyətə qovuşdu. Bəlkə də bu itki, qələbənin ən ağır yüküdür. Şəhid anası bəzən heç danışmaz. Onun gözlərində nə hayqırtı, nə də üsyan var – yalnız səssiz, möhkəm bir duruş. O səssizlik qürurdan doğan kədərin ən ağır dilidir. Göz yaşını gizlədib, əvəzində alnını dik tutar. Çünki o bilir – övladı zirvəyə qalxıb, amma o zirvəyə gedən yolun hər addımı bir ailənin yuxusuz gecəsidir.
Lakin bütün bu şəxsi kədərin fonunda Böyük Zəfərin işığı parlayır. Zəfər şirin olsa da, onun içində acı da var. Hər azad olunan dağ, hər qaytarılan kənd arxasında bir evin boş qalan kreslosunu, bir uşağın atasız böyüyən illərini daşıyır. Qürur və ağrı bir-birinə qarışır – sanki həyat özü bu iki duyğunu eyni kasada yoğurub bizə təqdim edib. Ən vacibi isə: Vətən torpaqları illər sonra ilk dəfə nəfəs aldı. Azad edilən kəndlərdə daşlar danışmağa başladı: “Mən illərdir səssiz idim, indi azadlıq nəğməsini pıçıldayıram.” Ağaclar budaqlarını göyə qaldırdı, bulaqlar daşların arasından coşubşəhidlərin adını söylədi. Bəli, onların fərdi arzuları yarım qaldı, amma canları bahasına istədikləri ən böyük xəyal gerçəkləşdi: Vətənin azadlığı və bütövlüyü. Onlar bir vaxt baxmaq üçün gözlərini yumduqları mənzərələri indi biz gözlərimizlə görürük. Bu mənzərələr Böyük Qələbənin, tarixi ədalətin və qəhrəmanların ruhunun təntənəsidir.
Bütün bunlara görə xatirə göz yaşında donub qalmamalıdır. O, hərəkətə çevrilməlidir. Şəhidlərin mirası ölkəmizin hər uğurunda, hər vətəndaşın vicdanında, inkişaf etməyə çalışan gələcəyimizdə yaşayır. Biz hər yeni addımımızla onların davamçısıyıq. 27 Sentyabr bizə yalnız qəhrəmanlıq öyrətmədi, həm də birliyin nə demək olduğunu, milli ruhun necə oyanacağını göstərdi. Bu gün bizə miras qalan ən böyük dərs – bir yurdun sevgisi uğrunda necə birləşə biləcəyimizi unutmamaqdır. Və hər dəfə bu günü yad etdikcə anlayırıq ki, qəhrəmanlar əslində heç vaxt getmirlər – onlar torpağın nəfəsində, dalğalanan bayraqda, körpələrin gülüşündə əbədi yaşayırlar.
İlahə Allahverdiyeva
Jurnalist