Parklanma yerlərində nömrə tanıma sistemi quraşdırılacaq

Parklanma yerlərində nömrə tanıma sistemi quraşdırılacaq

Dənizkənarı Bulvar İdarəsi “Azparking” MMC ilə yeni müqavilə bağlayıb.

Gunaz.Az xəbər verir ki, müqavilədə parklanma avadanlıqlarında nömrə tanıma sisteminin quraşdırılması və illik texniki qulluğun göstərilməsi xidmətləri nəzərdə tutulur.
Müqaviləyə əsasən, şirkət bulvar zonasında parklanma yerlərində avadanlıqlarda nömrə tanıma sistemi quraşdıracaq.
Müqavilənin maliyyə dəyəri 85 min manat müəyyənləşib.
скачать dle 12.1
Geri qayıt