Qarabağa növbəti köç karvanı çatdı
Səhər saatlarında yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb.
Gunaz.Az xəbər verir ki, Laçın şəhərinə bu gün 20 ailə olmaqla, 86 nəfər qayıdıb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Köçürülən ailələrin evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.