İlham Əliyev:Təqribən 300 minə yaxın köçkün dövlət tərəfindən evlərlə təmin edilib

İlham Əliyev:Təqribən 300 minə yaxın köçkün dövlət tərəfindən evlərlə təmin edilib
Bütün Qarabağ, bütün Şərqi Zəngəzur tikinti meydançasıdır. Qısa müddət ərzində bu gözəl evlərin bərpası, tikintisi, bütün infrastrukturun yaradılması bizim gücümüzü, niyyətimizi göstərir.
GunAz.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xocalı rayonunun Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə söyləyib.
"Əsas odur ki, bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır", - deyə dövlətimizin başçısı əlavə edib.
Dövlətimizin başçısı qeyd edib: "Mən xatırlayıram, o vaxt işğal dövründə köçkünlərlə çoxsaylı görüşlərimdə deyirdim ki, sizin üçün dövlət şərait yaratmağa çalışır və biz bunu etmişdik.Təqribən 300 minə yaxın keçmiş köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdi".
 
скачать dle 12.1
Geri qayıt