Gənc əsgərlərlə görüşə MƏHDUDİYYƏT QOYULDU

Gənc əsgərlərlə görüşə MƏHDUDİYYƏT QOYULDU
Gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxmasının qarşısını almaq üçün onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.
Bu barədə GunAz.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yeni xidmətə başlayan gənc əsgərlərin adaptasiya dövründə sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə qabaqlayıcı tədbirlər keçirilir.
"İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik", - məlumatda qeyd olunub.
скачать dle 12.1
Geri qayıt