Dondurma hazırlanmasının ƏN ASAN ÜSULU

Dondurma hazırlanmasının ƏN ASAN ÜSULU
Ev üsulu ilə hazırlanmış qaymaqlı dondurma - evdə asanlıqla bişirə biləcəyiniz ləzzətli və sərinləşdirici desertdir. Cəmi 3 inqrediyentlə hazırlanır və bundan sonra artıq mağazadan dondurma almaq istəməyəcəksiniz.
GunAz.az resepti təqdim edir:
Lazım olacaq:
500 ml 33% yağlı qaymaq
200 ml qatılaşdırılmış süd
10 q vanilli şəkər
Hazırlanma qaydası:
Qaymağı bir qaba tökün və üzərinə vanilli şəkəri əlavə edin. Mikserlə əvvəlcə yavaş sürətdə təxminən 2-3 dəqiqə çalın, sonra isə orta sürətdə daha uzun - təxminən 5-7 dəqiqə çalın.
Qaymaq qalınlaşmalıdır. Düzgün qatılıq əldə edildikdə, nazik axınla qatılaşdırılmış südü əlavə edin.
Qarışımı çalın, sonra isə yaxşıca qarışdırın ki, kütlə vahid olsun.
Qarışığı bir qaba töküb 5-6 saatlıq dondurucuya qoyun.
Bundan sonra dondurmanız hazırdır! Xüsusi qaşıqla top şəklində formalaşdırın, süfrəyə verin və ləzzətini çıxarın.Lent.az
скачать dle 12.1
Geri qayıt