"Törə itərsə dövlət yox olar"...

"Törə itərsə dövlət yox olar"...
"Çoxarvadlılıq türklərə tarix boyu yad bir şey idi. Çünki türklər öz ailə dəyərlərinə inanılmaz dərəcədə sədaqətli millətdir, elə buna görə də onlar adətən bir qadına ömürlük sədaqət göstərirdilər. 
Orta əsr tarixçisi Fəzlullah Xuncı özünün "Tarix Aləm areyi" kitabında Azərbaycan türkləri (ağqoyonlular) haqda danışaraq yazır: "Onlar fəth etdikləri yerdə qadınlara əsla toxunmazdılar, türklərdə xaqanlıq nəsildən-nəsilə ötürülür. Türklər həmişə öz törələrinə riayət edir, alimə, elmə meyl edənlərə hörmətlə yanaşırlar. Türklər çox cəsarətlidir, tamahkar deyillər, onlar dostun və düşmənin ləyaqətinə hörmətlə yanaşırlar. İstər Azərbaycanda, istər İraqda, istərsə də Kermanda türklər tabeçiliyəndə olan tanınmış və sadə inanlara qarşı mərhəmətli və səxavətli idilər".
Təəssüf ki, zaman keçdikcə çoxəsrlik türk adətləri də zəiflədi, qədim türk mədəniyyətinin yerini ərəblərin, farsların, rusların və başqa qonşuların adətləri tutdu, internet və digər texnologiyaların sürətli inkişafı türklərə bir çox milli adətlərini unutdurdu".
"Törə itərsə dövlət yox olar, dövlət olmazsa xalq qul olar". Bilgə Xaqan.
Yunus Oğuz, 
yazıçı, tədqiqatçı, türkoloq
скачать dle 12.1
Geri qayıt