İlham və Fərizənin sevgi hekayəsində MARAQLI FAKTLAR

İlham və Fərizənin sevgi hekayəsində MARAQLI FAKTLAR
Toy günü gəlin maşınlarının şüşəsi sınan İlham və Fərizənin sevgi hekayəsi barədə maraqlı faktlar: Ailənin ömrü cəmi 6 ay 19 gün olub. Fərizə toydan qabaq özünə şəkil çərçivəsi alır. Çərçivəni yumşaq yorğan-döşəyin arasına qoyurlar. Lakin toy günü şəkilin çərçivəsinin sındığını görürlər. Qohumu Səadət Nəbiyeva deyir ki, bir gün Fərizəyə qab servizi alırlar, lakin evə gələndə qablardan biri sınır. Toy günü gəlini aparmağa gələndə avtomobilin şüşələri heç bir zədə almadan çilik-çilik olur. İlham şəhid olan gün evdə güzgü sınır. İlhamın bacısı Gülbəniz: “Onlar hədsiz mehriban idilər. İlham evə gəlməyincə Fərizə yemək yeməzdi, oturub onun yolunu gözləyərdi”. İlhamın ölüm xəbərini eşidəndə Fərizə “İlham, mən sənsiz yaşaya bilmərəm. İlham Vətən uğrunda getdi, mən də yarım uğrunda gedirəm”, - deyə məktub yazaraq canına qəsd edir.
“Meydan hərəkatı dövründə İlham bir həftə meydanda qalır, evə gəlmir. Qardaşı Elxan Allahverdiyev ona deyir ki, anam narahatdır, get evə, dincəl. İlham cavab verir ki, işlədiyimiz zavodun qızları buradadır, onları qoyub gedə bilmərəm. Hərəkat dövründə “Dom sovet” deyilən binaya Azərbaycanın üçrəngli bayrağını asan İlhamla dostu Ceyhun olub. Bir dəfə İlham papiros çəkə-çəkə zavodda dəzgahda işləyirmiş. Bir də görür ki, böyük qardaşı Elxan kənardan ona baxır. İlham qardaşı ilə o qədər pərdəli idi ki, utanır və ağzı ilə papirosu üfürüb yerə atmaq istəyir. Lakin papiros paltarının arasından sinəsinə düşür və bədənini yandırmağa başlayır. Əllərini dəzgahdan çəkməyən İlham utanaraq qardaşına “Qaqa, qurban olum, üzünü çevir”, - deyir. Qardaşı üzünü çevirdikdən sonra yaxasındakı papirosu çıxarıb atır. İlham Naxçıvandakı sərhəd hadisələrində də iştirak edir. Dostu İlqarla Naxçıvana gedəndə tikanlı məftillərin sökülməsində iştirak edir. “Araz iki xalqı ayırır, o çayı doldurub birləşəcəyik. Bu xalq bunu edəcək”, - deyir.
скачать dle 12.1
Geri qayıt