"Şirvan gözəlləməsi"ndə istedadlıq NÜMUNƏSİ-VİDEO
Yaradıcı istedadlılıq yaradıcılığın müxtəlif sahələrində - musiqi, rəsm, oxuma, naxış, xoreoqrafiyada özünü göstərir.
Bu Zəfər günü münasibətilə yazılan ifa tamamilə istedadlığın zirvəsidir. Burda Dövlət, Vətən, Xalqın birliyi yaradılmışdı.
İctimai televiziyanın "Ozan" məclisi "Zəfər Günü"nə proqram hazırlayarkən, verilişin aparıcısı Qorxmaz Tofiqoğlu vətənpərvər mahnıların ifaçısı, istedadlı xanəndə Mehranə Vəliqızını da həmin proqrama dəvət etməsi "Şirvan gözəlləməsi" üstündə bu vətənpərvər mahnının ərsəyə gəlməsinə şərait yaradıb.
Xanəndə həmkarı Xəqani Zeynalabdinlə belə fikirləşirlər ki, zəfərimizlə bağlı yeni sözlər yazılsın və bərabər "Şirvan gözəlləməsi" üstündə duet ifa etsinlər. Beləcə Xəqaninin də çox istedadlı ifaçı, həm də şairliyi olduğu üçün, 5-10 dəqiqəyə sözləri yazır və birlikdə ifa edirlər, İctimai Tv isə bu mahnını yayımlayır. Sonra bu mahnını istedadlı xanəndə Mehranə Vəliqızı tək oxuyub daha da məşhurlaşdırır.
Rəsmiyyə HEYBƏTAĞAQIZI
Bu vətənpərvər sözlərlə gözəl ifaya malik olan mahnını təqdim edirik:
