TƏBİB Arif Babayevin vəziyyəti barədə məlumat yaydı

TƏBİB Arif Babayevin vəziyyəti barədə məlumat yaydı Dünən saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə GunAz.az-a TƏBİB-dən məlumat verilib.
“Pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub. Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir. Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır”, – məlumatda deyilib.

скачать dle 12.1
Geri qayıt