Kondisionerdən istifadə edərkən bu qaydaları unutmayın, əks halda... - XƏBƏRDARLIQ
Kondisionerli otaqlarda insanların tez-tez xəstələnməsi təsadüfi deyil.Bu barədə danışan həkim-terapevt Günay Lətifova bildirib ki, kondisioner düzgün istifadə olunmadıqda sağlamlıq üçün ciddi risk yaradır.
Onun sözlərinə görə, ilk növbədə kondisionerli mühitlə isti hava arasındakı böyük temperatur fərqi bədən üçün təhlükəlidir:
“Çöldə 40 dərəcə isti, otaqda isə 16-18 dərəcə sərinlik bədənin temperatur balansını pozur. Bu isə immun sistemini zəiflədir və nəticədə soyuqdəymə, qrip və digər xəstəliklər qaçılmaz olur”, – deyə həkim qeyd edib.
Bundan əlavə, bədən temperatur dəyişikliklərinə adaptasiya edə bilmədikdə xəstələnmə riski daha da artır.
Həkim onu da vurğulayıb ki, kondisioner filtrləri mütəmadi təmizlənməlidir:
Tərləmiş halda kondisioner qarşısında oturmaq isə daha təhlükəlidir. Çünki bu zaman bədən sürətlə soyuqlaya və xəstələnə bilər. Tər ifraz edən bədən sürətlə soyuduqda immun sistemi zəifləyir və nəticədə soyuqdəymə, əzələ spazmları, oynaqlarda ağrılar, hətta nəfəs yollarının iltihabı ilə qarşılaşmaq mümkündür.
Həkim sonda vətəndaşlara məsləhət görüb ki, kondisionerdən istifadə zamanı bu qaydalara əməl etsinlər və sağlamlıqlarını riskə atmasınlar.
