YAP Səbail rayon təşkilatı MEDİA nümayəndələrini bir araya topladı

YAP Səbail rayon təşkilatı MEDİA nümayəndələrini bir araya topladı
Bu gün Bakının möhtəşəm məkanlarından olan Moon Grown restoranında Səbail rayon Yeni Azərbaycan Partiyası “Konstitusiya və Suverenlik İli” çərçivəsində  Milli Mətbuatın 150 illik yubileyi münasibətilə mətbuat işçilərini bir araya toplayıb.
Tədbirdə ilk olaraq Azərbaycan Dövlət Himni səsləndi və Qarabağ savaşımızda  canından-qanından keçərək, qəhrəmancasına həlak olmuş şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri ilk olaraq giriş sözü ilə açan Səbail rayon YAP-nın sədri Muxtar Nağıyev gələn qonaqları salamladı. Azərbaycanın Milli Mətbuatının 150 illik münasibətilə media işçilərinin peşə bayramını təbrik edən M.Nağıyev Həsən bəy Zərdabinin həyat və yaradıcılığından və "Əkinçi" qəzetinin yaradılmasından geniş və ətraflı çıxış etdi. Daha sonra "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Respublika" qəzetinin baş redaktoru, fizika-riyaziyyat elmləri doktoru Hümbət Musayev, Əməkdar jurnalist Tahir müəllim və başqaları Milli Mətbuatımızın formalaşması və inkişafından ürəkdolusu çıxışlar etdilər.
Tədbirdə qonaq olan Həkari" qəzetinin baş redaktoru,şair-publisist Rauf İlyasoğlu qələmə aldığı vətənpərvər şeirlərini söylədi.Sonra  yenicə çapdan çıxmış "Ömür yolları" şeirlər kitabını və uzun illər "Xalq qəzeti"nin zonalar üzrə xüsusi müxbiri olmuş atası İlyas Allahverdiyevin üç cildlik kitabını Muxtar müəllimə hədiyyə etdi. İstedadlı müğənni, Filoloq Mehranə Vəliqızının vətənpərvər ruhda ifa etdiyi mahnılar dinləyənlər tərəfindən gur alqışlarla qarşılandı.
Böyük Azərbaycan şairləri Cəfər Cabbarlı, Mikayıl Müşfiq və Cabir Novruzun zamanında qələmə aldığı vətənpərvər ruhda şeirləri bu gün də sevilərək  Rəsmiyyə Heybətağaqızının ifasında tədbir iştirakçılarına xüsusi zövq verdi.
Milli Mətbuatın yaranmasının 150 illik yubileyinə həsr olunmuş tədbirdə media nümayəndələrinə mükafatlar təqdim olunub və sonda xatirə şəkilləri çəkilib. 
Rauf İlyasoğlu,
 Rəsmiyyə Heybətağaqızı 
GunAz.az





скачать dle 12.1
Geri qayıt