Boşanma zamanı övladlar əmlak bölgüsündə iştirak edir?

Mövzu ilə bağlı vəkil Turan Abdullazadə açıqlamasında bildirib ki, boşanma zamanı əmlak bölgüsü yalnız ər və arvad arasında aparılır:

Turan Abdullazadə
“Yəni övladların kimdə qalmasından asılı olmayaraq, onların əmlak bölgüsündə birbaşa payı yoxdur. Azərbaycan qanunvericiliyinə əsasən, birgə nikah dövründə əldə olunmuş əmlak əksər hallarda 50-50 nisbətində bölünür.Vəkil qeyd edir ki, uşaqlar qanuni vərəsələr sayılır:
Bununla belə, istisna hallar mümkündür. Məsələn, tərəflər arasında xüsusi razılaşma olarsa və ya məhkəmə uşaqların maraqlarını nəzərə alaraq fərqli qərar qəbul edərsə, bölgü qaydasında dəyişiklik baş verir”.
“Yəni valideynlərindən biri vəfat etdikdə, əgər vərəsəlikdən məhrum edilməyiblərsə, onların mülkiyyətində olan ev, avtomobil və digər əmlakdan qanunla vərəsəlik hüququ ilə pay alırlar”.