Biləcəridə imtiyazlı aptek yaratsınlar - Video

GunAz.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov ARB TV-də yayımlanan “Günə bax” proqramına açıqlamasında deyib.
O, TƏBİB-ə müraciət edərək dövlət tərəfindən ayrılan dərmanları almaqda çətinlik çəkdiyini bildirib: “Bizim poliklinikanın özündə imtiyazlı aptek yaradılmışdı, xəstələr gəlib dərman alıb gedirdilər. İndi isə bilmirəm nə səbəbdən o apteki ləğv etdilər, apardılar 9-cu mikrorayon tərəfə. Neçə min diabet xəstəsi dərmanı oradan alır. O qədər növbə olur ki, almaq qeyri-mümkündür. Əsa ilə gəzənlər var, Biləcəridən avtobusa minib gəlib çatana qədər, növbəyə dayanana qədər bəzən gəlib görürlər ki, dərman yoxdur. Əgər adi aptekdən alsam, 4 dərmanım 80 manat edir. Elə vaxt olur ki, əlimdə resept, görürəm mümkün deyil, gedib pul verib alıram. TƏBİB-dən xahişim budur ki, bunları nəzərə alıb yenidən Biləcəridə imtiyazlı aptek yaratsınlar”.