May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib. Bu barədə GunAz.az-a KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. Ölüm halı qeydə alınmayıb. скачать dle 12.1