Bu ailələrdə hər uşağa ayda 140 manat ödəniləcək

GunAz.az xəbər verir ki, bu sözləri deputat, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
O bildirib ki, qanunvericiliyə əsasən, bu müavinət beşdən çox uşağı dünyaya gətirib tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda təyin olunur:“Aylıq müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək ödənilir.
Bu ödənişi almaq üçün vətəndaşımız müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, DOST mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, uşaqların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələrinin surəti, ananın beşdən çox uşağı doğub, tərbiyə etməsi və böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayış tələb edilən sənədlərdir.
Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.Bu hüququ olan, amma əvvəl müraciət etməyənlər üçün də ödənişi almaq imkanı yaradılır. Belə ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir.
Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də çoxuşaqlı ailə anlayışına yenidən baxılması və çoxuşaqlı ailələr üçün uşaqların sayının mərhələli şəkildə beşdən üçə endirilməsi ilə bağlıdır”.