DİQQƏT! Saxta teleqram kanalının məlumatı TƏXRİBATDIR - RƏSMİ

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən GunAz.az-a bildirilib ki, yazı Rusiyada Azərbaycan diaspor üzvləri ilə bağlı son hadisələrlə əlaqədar təxribat xarakterli bəyanatdır və bəyanatın Rusiyadakı Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur.
Saxta teleqram kanalının belə məlumat yayması ölkəmizə və Rusiyada yaşayan soydaşlarımıza qarşı yönələn təxribatdır.
“Heç bir həqiqəti əks etdirməyən, təxribat xarakterli həmin yazıya istinad olunması, diasporun mövqeyi kimi ictimaiyyətə təqdim olunması yolverilməzdir. Media nümayəndələrindən belə bir həssas məqamda diqqətli olmağı xahiş edirik”, – Komitədən bildirilib.