“Crescent Mall” parkinq qiymətlərini qaldırdı

“Crescent Mall” parkinq qiymətlərini qaldırdı “Crescent Mall” Ticarət Mərkəzi parkinq ödənişlərini artırıb.
GunAz.az-ın “PostMedia”ya istinadən məlumatına görə, bu barədə “PASHA Malls” MMC icarəçilərə xəbərdarlıq edib.
Belə ki, bu gündən bir dayanacaq yeri üçün aylıq abunə haqqı 250 AZN + ƏDV təşkil edir.
İcarəçilər üçün isə 30% endirim təklif edilir.
Açıqlamada deyilir ki, təyin edilmiş dayanacaq saatlarından kənar hər saat üçün əlavə ödəniş tələb olunacaq. Ticarət Mərkəzinin standart təyin edilmiş tarifinə uyğun hesablanacaq.
скачать dle 12.1
Geri qayıt