Quru sərhədlərlə bağlı daha bir AÇIQLAMA

Mövzu ilə bağlı İqtisadçı ekspert Natiq Cəfərli GunAz.az-a açıqlamasında bildirib ki, bayram günlərində vətəndaşların istirahət məqsədilə regionlara üz tutması qiymətlərin artmasına səbəb olur.

“Bu günlərdə tələbatın kəskin artması fonunda təklifin sabit qalması otel və digər turizm xidmətlərinin qiymətlərinə təsir göstərir.Bayram ərəfəsində bölgələrə maraq artır. İnsanlar şəhərin səs-küyündən uzaqlaşmaq, təbiət qoynunda istirahət etmək istəyirlər. Lakin regionlarda otellərin sayı məhduddur. Tələb artdıqca, qiymətlərin də yüksəldiyini müşahidə edirik,” – deyə istisadçı ekspert bildirir.
N.Cəfərli vurğulayırb ki, qiymət artımına digər bir təsir edən amil kimi quru sərhədlərin hələ də bağlı qalmasıdır.“Belə ki, vətəndaşların xarici ölkələrə səfər imkanları məhdudlaşdığından, daxili turizmə maraq daha da artır. Bu da, öz növbəsində bölgələrdə xidmətlərə olan tələbi və qiymətləri yüksəldir”.