Pensiyalarla bağlı ƏHALİYƏ MÜJDƏ
Mövcud qanunvericiliyə görə, insanlar pensiya kapitalını tam götürə bilməzlər. Bildiyimiz kimi, ölkədə pensiya yaşı 65-dir. Bir çox insan pensiya yaşına çatmadan müxtəlif səbəbdən vəfat edir.
Beynəlxalq təcrübədə şəxslərin pensiya kapitalının bir hissəsindən sağ ikən istifadəsinə imkan yaradılıb.
GunAz.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, pensiya kapitalı ilə bağlı qanunvericiliyə dəyişiklik lazımdır:
“Bunun başqa yolu yoxdur. Qanunvericilikdə dəyişiklik olmalıdır və pensiya kapitalından birbaşa istifadə hüququ yaradılmalıdır. Bunun üçün iki yanaşma ola bilər. Birinci, vətəndaşın özünün seçimi ilə bağlı fərdi müqavilələr ola bilər, ikincisi isə sosial müdafiə fonduna minimum yığım hissəsini toplayan insanların bundan artığına giriş imkanı ola bilər. Müxtəlif versiyalar mövcuddur. Qanunvericiilikdə dəyişiklik edərkən bunlar nəzərə alınmalıdır”.
