Fermerlər vəziyyətdən necə çıxmalıdırlar?

Mövzu ilə bağlı iqtisadçı Cəfər İbrahimli bu il aprelin 20-dək hava şəraiti kənd təsərrüfatı üçün olduqca əlverişli keçib.
Azərbaycan manatının kursunda ciddi dəyişiklik olmayacaq
“Lakin aprelin 20-dən sonra müşahidə olunan yağış, külək və bəzi bölgələrdə qeydə alınan dolu hadisələri təsərrüfatlara müəyyən dərəcədə mənfi təsir göstərib. Dolu ilə bağlı əldə olunan məlumatlar göstərir ki, bu hadisələr ölkə üzrə geniş yayılmayıb, yalnız müəyyən vaxtlarda, ayrı-ayrı rayon və kəndlərdə qeydə alınıb. Ümumilikdə, dolu hadisələri regional xarakter daşıyır və geniş miqyası əhatə etmir”.
İqtisadçı qeyd edir ki, Aqrar Sığorta Fondu sözügedən məsələ ilə bağlı açıqlama verib və bu il sığorta ödənişlərinin artacağını bildirib. Bu isə onu göstərir ki, əvvəlki illərlə müqayisədə son günlərdə təsərrüfatlara dəyən zərərin miqyası daha böyükdür. Ancaq bu zərəri konpensasiya etmək üçün dövlət tərəfindən müvafiq addımlar atılır.