Həkimlik məsuliyyətdir, vicdandır, nəciblikdir, müqəddəsdir
Yaşı cəmiyyətin yaşı qədər olan həkimlik nəcib və məsuliyyətli peşələrdən biridir. İnsanların sağlamlığının keşiyində dayanmağı özünə həyat amalı seçənlər yaddaşlarda əbədi yaşayırlar.
Belə həkimlərdən biri də Xəyalə Quluzadədir.
GunAz.az bildirir ki, onun xəstələrindən olan Maştağalı Sərvər Bəyin Həkim-nefroloq Xəyalə xanımın ad gününə yazdığı şeir də ona bir tərənnümdür.
Sərvər QULUZADƏ
Sən mənim ürəyim, sən mənim canım,
Sən mənim damarda axan al qanım.
Sən mənim həyatda bir xilaskarım,
Bunları deməyim mən necə danım?
Ad günün mübarək Xəyalə xanım!
***
Bu dünyada sən gəl yüz yaşa,
Ayaqın dəyməsin heç zaman daşa.
Şərəfli ömrünü şərəflə yaşa,
Səni təbrik üçün gəlib zamanım
Ad günün mübarək Xəyalə xanım!
***
Səninlə fəxr edir bu tibbi mərkəz,
Səndən razıdır hər xəstə hər kəs.
Görmürəm burada sənə bir əvəz,
Olmasın burada sənsiz bir anım,
Ad günün mübarək Xəyalə xanım!
***
Nefrologiya elmi çətin bir elm,
Bu xəstəlik insana kəsilmiş qənim.
Qocaya cavana etməyir rəhim,
Bu gün mənim də səndən asılıdır canım,
Ad günün mübarək Xəyalə xanım!
***
Bu söz çələngini qəbul et məndən,
Yadigar qalsın şair Sərvərdən.
Qurtula bilmirəm bu xəstəlikdən,
Göydə Allah, yerdə sənsən pənahım,
Ad günün mübarək Xəyalə xanım!
Belə həkimlərdən biri də Xəyalə Quluzadədir.
GunAz.az bildirir ki, onun xəstələrindən olan Maştağalı Sərvər Bəyin Həkim-nefroloq Xəyalə xanımın ad gününə yazdığı şeir də ona bir tərənnümdür.
Sərvər QULUZADƏ
Sən mənim ürəyim, sən mənim canım,
Sən mənim damarda axan al qanım.
Sən mənim həyatda bir xilaskarım,
Bunları deməyim mən necə danım?
Ad günün mübarək Xəyalə xanım!
***
Bu dünyada sən gəl yüz yaşa,
Ayaqın dəyməsin heç zaman daşa.
Şərəfli ömrünü şərəflə yaşa,
Səni təbrik üçün gəlib zamanım
Ad günün mübarək Xəyalə xanım!
***
Səninlə fəxr edir bu tibbi mərkəz,
Səndən razıdır hər xəstə hər kəs.
Görmürəm burada sənə bir əvəz,
Olmasın burada sənsiz bir anım,
Ad günün mübarək Xəyalə xanım!
***
Nefrologiya elmi çətin bir elm,
Bu xəstəlik insana kəsilmiş qənim.
Qocaya cavana etməyir rəhim,
Bu gün mənim də səndən asılıdır canım,
Ad günün mübarək Xəyalə xanım!
***
Bu söz çələngini qəbul et məndən,
Yadigar qalsın şair Sərvərdən.
Qurtula bilmirəm bu xəstəlikdən,
Göydə Allah, yerdə sənsən pənahım,
Ad günün mübarək Xəyalə xanım!
