"Məşəl kimi yanan ürək"
Sözü doğma,özü əziz,
Göylər işıq,səma təmiz.
Oldu nurlu taleyimiz.
Məşəl kimi yanan ürək.
Nəbi Xəzri
Yasamal rayon Heydər Əliyev Mərkəzində Cəfər Cabbarlı ev-muzeyinin təşkilatçılığı ilə Ulu Öndər,Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş " MƏŞƏL KİMİ YANAN ÜRƏK" adlı tədbir keçirilib.
Tədbir iştirakçıları öncə Mərkəzin muzeyində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən şəkillərlə tanış olub,büstü önünə tər qərənfillər düzüblər.Tədbiri giriş sözü ilə açan Mərkəzin böyük elmi işçisi Arifə Mustafayeva H.Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmləndirilməsindəki müstəsna rolundan,müasir müstəqil Azərbaycan qurucusu kimi tarixi xidmətlərindən məzmunlu çıxış edib.
Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,Ulu Öndərin və Vətən uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Cəfər Cabbarlı ev-muzeyinin direktoru,ədəbiyyatşünas,Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı Heydər Əliyevin öz zamanında bütün sahələrdə olduğu kimi mədəniyyətimizin inkişafından,ədiblərimizin-Cəfər Cabbarlının ev-muzeyinin yaradılmasından,eləcə də mədəniyyət işçilərinin əməyini yüksək qiymətləndirməsindən geniş və ətraflı çıxış edib.Ədibin nəvəsi çıxışı zamanı Ulu Öndərlə bağlı ürəkdolusu xoş xatirələrini qonaqlarda bölüşüb.Bakı şəhərinin mərkəzində-28 may metrosunun qarşısında Heydər Əliyevin təşəbbüsü ilə böyük dramaturq Cəfər Cabbarlının möhtəşəm heykəli ucaldılıb.Ulu Öndərin iştirakı ilə heykəlin açılışının video-çarxı tədbir iştirakçılarına nümayiş olunub.
Tədbirdə çıxış edən C.Məmmədquluzadə ev-muzeyinin direktor əvəzi Yeganə Məmmədova,M.S.Ordubadi xatirə muzeyinin direktor əvəzi Rasimə Əhmədova,Bülbülün nəvəsi Ədilə xanım,şairə Zərəngiz Qayalı və digər çıxışçılar Azərbaycan xalqının xilaskarı,Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin formalaşmasında,eləcə də muzeylərin yaradılmasında əvəzsiz xidmətlərindən danışıblar.
Dövlət İdarəçilik Akademiyasının və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin "Teatr sənəti" dərnəyinin fəal üzvlərinin ifasında Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirilib.
Tədbirin sonunda xatirə olaraq şəkilıər çəkilib.
Rəsmiyyə Heybətağaqızı